Kiyevin hərbi administrasiyası rusiyali hərbçilərin paytaxtı yenidən raket atəşinə tutmağa başlaması səbəbindən əhalini hələlik evlərinə qayıtmamağa çağırır.
"Leqal.az" Ukrayna KİV-ə istinadən xəbər verir ki, Rusiya qoşunlarının paytaxt ətrafından geri çəkilməsindən sonra şəhərə qayıdanların sayı artmağa başlayıb.
Hazırda paytaxtın girişində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib. Bu, humanitar yardımın, fövqəladə, tibbi və kommunal xidmətlərin, həmçinin hərbçilərin hərəkətinə mane olur. Hər gün Kiyevə 40-50 min insan qayıdır ki, bu da əhalinin özü üçün təhlükə yaradır.
Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini hələlik şəhərə qayıtmamağa çağırıb. Əhalini Rusiya ordusunun raket hücumu təhlükəsi barədə xəbərdar edən mer bu məsələdə yalnız hərbçilərin tövsiyələrinə istinad etdiyini deyib.
Onun sözlərinə görə, paytaxt ətrafındakı ərazilərin minalardan təmizlənməsi üzrə işlər davam edir. Mina partlayışları nəticəsində dinc sakinlər arasında ölənlər var./qafqazinfo/