Rusiyalı general NATO xüsusi xidmət orqanlarını telefonları dinləməkdə ittiham edib

Rusiyalı general NATO xüsusi xidmət orqanlarını telefonları dinləməkdə ittiham edib
  • Dünya

  • Rusiya Silahlı Qüvvələrinin Elektron Müharibə Qoşunlarının rəisi, general-leytenant Yuri Lastoçkin NATO-nun xüsusi xidmət orqanlarını vətəndaşların telefon danışıqlarını dinləməkdə ittiham edib.

    Onun sözlərinə görə, bu məqsədlər üçün Alyansın mütəxəssisləri tərəfindən mobil rabitə abunəçilərinin məcburi şəbəkəyə qoşulması üçün saxta baza stansiyalarından istifadə edilir.

    “Xarici kəşfiyyat mütəxəssisləri nəinki mobil telefonlara qulaq asmaq və mətn mesajlarına baxmaq, həm də abunəçiləri selektiv şəkildə bloklamaq və yalan mesajlar göndərməklə onlara yanlış məlumat vermək imkanı əldə edirlər”, – deyə rusiyalı hərbçi vurğulayıb.oxu.az

    O, hazırda rusiyalı alimlərin bu məsələnin həlli istiqamətində işlərə qoşulduğunu və artıq abonentlərin məlumatlarına icazəsiz girişin qarşısını almaq üçün sistemin yaradıldığını əlavə edib.

    Mənbə: mk.ru
    PAYLAŞ:

    Oxşar xəbərlər