Oktyabrın 30-da ABŞ-da koronavirusa rekord sayda – 101 min 461 yoluxma faktı qeydə alınıb, 988 nəfər həyatını itirib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, oktyabrın 29-da ölkədə koronavirusa yoluxanların sayı 91 min 834 nəfər təşkil edib.
Hazırda Birləşmiş Ştatlarda COVID-19 virusuna yoluxma halları 9 milyon 316 mini, həyatını itirənlərin sayı isə 235 min nəfəri ötüb. Müalicəsi davam edən 3,6 milyona yaxın xəstədən 17 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir.
Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.