Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, son sutka ərzində COVID-19-dan bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 433 nəfər müalicə olunaraq
sağalıb, 4 978 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 1006 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 679, bu günə qədər isə ümumilikdə 3 787 089 test icra olunub.