Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 748 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
İyulun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimal edilir.