DSX-nin yol qəzasında həlak olan hərbçilərinə şəhid statusu veriləcək

DSX-nin yol qəzasında həlak olan hərbçilərinə şəhid statusu veriləcək
  • Cəmiyyət

  • Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında həlak olan hərbi qulluqçularına şəhid statusu veriləcək.

    Bu barədə LEQAL.AZ-a DSX-dən bildirilib.

    “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, - DSX açıqlamasında qeyd edib.

    Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

    Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

    Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər