Rusiyanın Ermənistandakı səfiri Azərbaycanla sərhəddədir

Rusiyanın Ermənistandakı səfiri Azərbaycanla sərhəddədir
  • Cəmiyyət

  • Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin iyunun 2-dən bəri Zəngəzur mahalında (Sünik vilayəti) işgüzar səfərdədir. 

    LEQAL.AZ  xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi bu barədə Facebook səhifəsində məlumat yayıb.

    Rusiya diplomatik nümayəndəliyinin rəhbəri Gorus-Qafan magistral yolunda (Vorotan, Şurnux) yerləşən nəzarət-buraxılış məntəqələrindəki erməni və rus sərhədçilərinin xidməti, habelə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd keşikçiləri tərəfindən həll edilmiş tapşırıqlarla tanış olub.

    “Armenpress.am” saytı yazır ki, Qafanda Sergey Kopırkini şəhər meri Gevorg Parsyan qarşılayıb, səfirə şəhərdəki mövcud sosial-iqtisadi vəziyyət barədə məlumat verib, bölgənin təhlükəsizliyin təmin olunmasında sərhədçilərin iştirakına görə Rusiyaya təşəkkür edib./bizim.media

    PAYLAŞ:

    Oxşar xəbərlər