Şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirilib

Şəhid İlkin Zöhrabovun 40 mərasimi keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Bu gün İlkin Zöhrabovun şəhid olmasının 40-cı günüdür.

    Zöhrabov İlkin Ramin oğlu Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olub.

    LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, ilk öncə Masallının Ərkivan kəndində şəhidin məzarı ziyarət olunub, xatirəsi anılıb, məzarı üstünə əklillər qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar edilib.

    Eyni qaydada ictimaiyyətin nümayəndələri də karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə mərhələli şəkildə ziyarətdə iştirak ediblər. Tədbir zamanı koronavirusa qarşı zəruri profilaktik işlər görülüb, dezinfeksiya işləri aparılıb, ziyarətçilərin məsafədən ölçən termometrlə hərarətləri yoxlanılıb, müvafiq qoruyucu tibbi vasitələrlə təmin olunub.

    Qeyd edək ki, 2001-ci il təvəllüdlü İlkin Zöhrabov İkinci Qarabağ döyüşlərində Kəlbəcərin işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər