DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib
  • Cəmiyyət

  • Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən yaşlı nəslin nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər.

    Sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

    Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər