Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub
  • Cəmiyyət

  • Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.

    Bu barədə LEQAL.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    "Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

    Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - məlumatda bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər