İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib
  • Cəmiyyət

  • Aprelin 20-də Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.

    LEQAL.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Dövlətimizin başçısına aqroparkla bağlı məlumat verildi.

    Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər