İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və 13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.