Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, R.Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.
Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edilməsi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.