LEQAL.AZ Moderator.az-a istinadən Xəbər verir ki, sosial şəbəkədə Əməkdar artisti
Mətanət İsgəndərlinin Türkiyədəki restoranların birində iki günlük solo-konsert proqramı ilə çıxış etməsiylə bağlı məlumatlar yayılıb.
Müğənni buna görə hətta sərt tənqid edilib. Çoxları torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşı verdiyimiz dönəmdə onun konsert proqramı ilə çıxış etməsini kəmfürsətlilik kimi qiymətləndirib.
Moderator.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün müğənni Mətanət İsgəndərliylə əlaqə saxlayıb. Telefona müğənninin özü yox, köməkçisi cavab verib və onun
Türkiyədə olduğunu təsdiqləyib:
“Mətanət xanım indi Türkiyədədir. Özü gələr və konsert məsələsinə aydınlıq gətirər. Mən bu haqda heç nə deyə bilmərəm” - deyərək xanım köməkçi dəstəyi yerə qoyub.