Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ + FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ + FOTO
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 238 959 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5230 nəfərdir.

    Ölkədə son sutka ərzində 8 595, hazırkı dövrədək isə 2 690 711 test aparılıb.

    Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 608 nəfərin nəticələri pozitiv çıxmışdı. 

    PAYLAŞ:

    Oxşar xəbərlər