Hacıqabulda zəlzələ olub

Hacıqabulda zəlzələ olub
  • Cəmiyyət

  • Fevralın 8-də Qobustan seysmolojı stansiyasından 31 kilometr cənubda – Hacıqabul rayonunda maqnitudası 3.9 olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən LEQAL.AZ-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:11-də qeydə alınıb.

    Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər