Hirkan Milli Parkında yanğın başlayıb

Hirkan Milli Parkında yanğın başlayıb
  • Cəmiyyət

  • Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları kömək göstərirlər.

    LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 hektar sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər