Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçiriləcək

Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçiriləcək
  • Cəmiyyət

  • Koronavirus pandemiyası səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 nəfər Azərbaycana təxliyə olunacaq.

    LEQAL.AZ xəbər verir ki, təxliyə yanvarın 15-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

    Səfirlikdən bildirilib ki, təxliyə olunacaq şəxslər yanvarın 14-də koronavirus testindən keçiriləcəklər.

    COVID-19 aşkarlanmayan şəxslərə Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik tərəfindən xüsusi arayışlar veriləcək və onlar Vətənə yola salınacaqlar.

    Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəmizə qayıtması təmin edilib.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər