İlham Əliyev: Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik

İlham Əliyev: Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik
  • Cəmiyyət

  • Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik.

    LEQAL.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

    “Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq”, - deyə dövlətimizin başçısı qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər