Azərbaycan İƏT Ombudsmanlar Assosiasiyasının dəstəyi ilə keçirilən seminarda təmsil olunub

Azərbaycan İƏT Ombudsmanlar Assosiasiyasının dəstəyi ilə keçirilən seminarda təmsil olunub
  • Cəmiyyət

  • Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının dəstəyi ilə təşkil olunan onlayn təlim-seminarda iştirak ediblər. İƏT-ə üzv ölkələrin Ombudsman təsisatlarının təmsil olunduğu seminarda ərizə və şikayətlərə baxılma qaydaları ilə bağlı Türkiyə Ombudsman Təsisatının təcrübəsi nümayiş etdirilib. Seminarın məqsədi insan hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmkar qurumlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi olub.

    Ombudsman Aparatından LEQAL.AZ-a bildiriblər ki, müvəkkil Səbinə Əliyevanın da üzvü olduğu İƏT Ombudsmanlar Assosiasiyasının idarə heyəti tərəfindən verilən qərara əsasən, Ombudsman təsisatları arasında təcrübə mübadiləsinin artırılması məqsədilə belə seminarların təşkili nəzərdə tutulub.

    Türkiyənin Baş Ombudsmanı, İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun açılış nitqi ilə başlayan təlim-seminarın birinci hissəsində əsasən müraciət hüququnun təmin olunması, eyni zamanda, Türkiyə Ombudsmanının mandatı, ərizə və şikayətlərin qəbulu, icrası ilə bağlı ətraflı təqdimat keçirilib.

    Seminarın ikinci hissəsi iştirakçılar arasında təcrübə mübadiləsinə həsr edilib. Azərbaycan Ombudsman təsisatının əməkdaşları müvəkkil tərəfindən müraciətlərin qəbulu, onlara baxılma qaydaları haqqında digər iştirakçılara məlumat veriblər, həmçinin onları maraqlandıran sualları səsləndiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər