190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı

190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb.

    Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət zamanı qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

    Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Budəfəki ödəniş sayca 6-cıdır.

    Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər