Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib.
Bu barədə LEQAL.AZ-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.