Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
LEQAL.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,5, Abşeron rayonunda 12,8, Gəncə-Qazax bölgəsində 8,3, Quba-Xaçmazda 3,1, Lənkəranda 2,9, Şəki-Zaqatalada 3,1, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.