Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.
report NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.
Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.
Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.