Azərbaycan Ağsaqqallar Şurası “YAŞAT” Fonduna ianə edib

Azərbaycan Ağsaqqallar Şurası “YAŞAT” Fonduna ianə edib
  • Cəmiyyət

  • Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 30 min manat vəsait köçürüb.

    Bu barədə LEQAL.AZ-a şuranın mətbuat xidmətindən məlumat verilib.

    “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər