Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü, deputatların və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, videoçarxda deputatların və parlament aparatının əməkdaşlarının 22 xarici dildə müraciəti yer alır.