Abonentlər elektrik enerjisi üzrə yaranan borcları elektron poçt və SMS vasitəsilə öyrənəcək VİDEO

Abonentlər elektrik enerjisi üzrə yaranan borcları elektron poçt və SMS vasitəsilə öyrənəcək VİDEO
  • Cəmiyyət

  • Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin 2020-ci il dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək sərtləşdirilməsi ilə bağlı “Azərişıq” ASC qarşıdakı günlər ərzində gücləndirilmiş iş rejimini davam etdirəcək.

    ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu LEQAL.AZ-a bildirib ki, pandemiya dövründə istehlakçılar bildirişləri sistem vasitəsilə risksiz əldə edə bilər, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı var. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Təlimat linkdə (elektron bildiriş və online ödəniş) https://youtu.be/y83UBXj-j08 

    “Smart” sayğaclarla təchiz edilmiş abonentlərə "card reader"lər təqdim olunub. Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsilə hesablarına pul əlavə etsinlər", - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

    O bildirib ki, xüsusi karantin dövründə ödəmə məntəqələrinin və müxtəlif ödəniş şirkətlərə aid terminalların bağlı olması səbəbi ilə istehlakçıların smart-kart sayğaclarının balansının artırılması problemi yaranıb. Layihədə istehlakçılarımız sadə bir qurğu əldə etməklə evdən internet vasitəsilə smart-kart sayğac balansını artıra bilərlər.

    Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən ödəniş etməklə əldə edə bilərlər.
    İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edir. ASC abonentlərdən xahiş edir ki, hər hansı bir qəza halı yaranarsa, 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər