Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 138 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 83 min 800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib. Aktiv xəstə sayı 52649 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 797 min 26 test aparılıb. Bugünkü test sayı isə 15808-dir.