Mətbuatın yaranması və inkişafı hər bir xalqın dirçəliş mərhələlərindən biridir.Milli mətbuatın təşəkkülünü isə xalqın rezonansı adlandırmaq olar.
Azərbaycanda mətbu orqanlar çox olmuşdur,amma milli qəzet, yəni anadilli dərgi 21 iyul 1875-ci ildə,milli teatrın yaranmasından(1873) iki il sonra baş tutmuşdur. 1877-ci ilə qədər 56 sayı nəşr olunsa da Azərbaycan ədəbiyyatına,mədəniyyətinə böyük töhfə vermişdir.
Mətbuatımızın əsasını maarifçi-pedaqoq, naşir Həsən bəy Zərdabi qoymuşdur."Əkinçi"adı ilə nəşr olunan bu qəzet böyük əks-səda doğurmuş,elmin,mədəniyyətin inkişafı və Azərbaycan xalqının ümumi rifahına xidmət etmişdir."Əkinçi" milli oyanışa ,tərəqqiyə cığır açan mətbu orqan olmuşdur,Azərbaycan ictimai fikir tarixində əvəzsiz rol oynamışdır.
Qəzetin ərsəyə gəlməsi heç də asan olmamış, bu böyük işə görə Həsən bəy bir çox qurum rəhbərlərindən çətinliklə izin almışdır.Maddi cəhətdən bir neçə missioner azərbaycanlı da ona dəstək olmuşdur. Qəzetdə Mirzə Fətəli Axundzadə, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və başqa ədiblərin yazıları dərc olunmuşdur.
Qəzet müəyyən rubrikalardan ibarət olmuş, ilk dəfə durğu işarələri bu qəzetdə istifadə olunmuşdur. "Əkinçi"nin fəaliyyət göstərdiyi dövrdə dilimizin saflığının qorunması əsas məsələlərdən biri olmuşdur."Əkinçi" qəzetini iki il nəşr olunmuş və özündən sonra bir ənənə qoyaraq bir çox qəzetlərin meydana gəlməsinə zəmin yaratmışdır.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O bütün sahələrdə olduğu kimi mətbuata da diqqət ayırmış ,jurnalistika sahəsinə maraq artırmış, ölkədə mətbuat azadlığının əsasını qoymuş,mətbuatın üzərində olan dövlət senzurasını ləğv etmişdir.Onun hakimiyyətə gəlişi ilə mətbuatda artıq yeni mərhələ başlanmış və mətbuat işçilərinə peşə fəaliyyətlərini yerinə yetirmək üçün əlverişli şərait yaradılmışdır. Qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə artmış,daha qətiyyətli və cəsarətli yazılar dərc olunmuş,mətbuatda söz azadlığı formalaşmışdır.1981-ci ildə dərc olunmuş "Literaturnaya qazeta"da dərc olunmuş məşhur "Qoy ədalət zəfər çalsın!"sərlövhəli müsahibəsində Ulu Öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını,qlobal problemlərini açıb göstərmişdir.
Qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinə verilən azadlıq jurnalistika fakültəsinə marağın artmasına səbəb olmuşdur.Ulu Öndər bir sıra beynəlxalq konvensiyalara ,sazişlərə qoşulmuş, Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin informasiya əldə etmək hüququ təmin olunmuşdur. Bununla yanaşı KİV problemlərinin həlli məqsədilə Əlaqələndirmə Şurası yaradılmışdır.
Mətbuat yubileylərini keçirilməsinin əsası da Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması mətbuatın özünütənzimləmə mexanizminin tətbiqinə şərait yaratmış,azad medianın genişlənməsinə təkan vermişdir.Ümummilli Lider demişdir:
"Jurnalistlərin əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir".
Mətbuatın inkişafı ilə bağlı siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna 2009-cu ildə KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasını, birdəfəlik yardımların göstərilməsini, hər 5 ildən bir mətbuat yubileyinin təntənəli keçirilməsini və digər layihələri misal göstərmək olar. Bütün bunların nəticəsidir ki, İlham Əliyev 3 dəfə "Jurnalistlərin dostu"mükafatına layiq görülmüşdür.
Abbasova Sima,
Masallı rayonu Mahmudavar kənd tam orta məktəbi