
“Azərbaycan bölgədə reallığı dəyişmiş, qalib tərəf kimi regionda yeni şərtlər yaratmışdır. Qələbəmiz suverenliyimizin bərpasını şərtləndirdi. Qalibiyyətdən sonra yeni çağırışlar var və bunlar yeni dövrün hədəflərinə istiqamətlənmişdir. Bütün bunlar növbədənkənar prezident seçkisinin keçirilməsini zəruri etdi”.
Ulu Öndərin vaxtilə dediyi kimi “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. sözləri həqiqətə çevrilmiş və Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir”. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi, dövrün reallıqlarından irəli gələrək zənginləşdirilməsi bütün dünyanın qəbul etdiyi inkişafın Azərbaycan modelini formalaşdırmışdır. Bu model əsasında Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişaf təkcə rəqəmlərin artmasında deyil, həm də yeni keyfiyyətlərin meydana gəlməsində özünü göstərir. Bu, ölkəmizin inkişafının yeni mərhələyə qədəm qoymasının təsdiqidir. Təbii ki, Azərbaycanın müasir və sürətli inkişafı ölkəmizin qarşısında yeni, daha böyük hədəflər qoyur.
Növbədənkənar prezident seçkisi Azərbaycanın suverenliyinin bərpasından sonra ilk dəfə bütün ərazilərimizdə keçiriləcək. Seçkinin önə çəkilməsi ölkə prezidentinin özünə və xalqına güvənindən, inamından qaynaqlanır. qlobal pandemiyanın dünyanı ağuşuna aldığı bir dövrdə Prezidentimizin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa edildi: “Bütün bunlar yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycanın hadisələrə yanaşması dəyişmişdir. Dövlətimizin qarşıda böyük hədəfləri var. Növbədənkənar prezident seçkisinin bu halda önəmli əhəmiyyəti olacaq”.
Əsədli Əsəd
Masallı Dövlət Regional Kollecinin müəllimi