Məzahir Pənahov: "Seçkiyə qədər müşahidəçilərin sayı 50 minə çatacaq"

Məzahir Pənahov: "Seçkiyə qədər müşahidəçilərin sayı 50 minə çatacaq"
  • Cəmiyyət / Maraqlı

  • Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

    MSK sədri qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər.

    "Qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir. Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Hesab edirəm ki, seçkiyə qədər bu rəqəm 50 minə yaxınlaşacaq".

    M.Pənahov əlavə edib ki, artıq beynəlxalq qurumlar da Azərbaycanın seçki prosesi ilə bağlı böyük yol qət etdiyini bildirirlər.

    O, Ombudsman Aparatı ilə keçirilən tədbirin də çox əhəmiyyətli olduğunu vurğulayıb: "Ombudsman Aparatından gözləntilərimiz çoxdur. Kiminsə haqqı pozulsa, Ombudsman müdaxilə etməlidir. Bunu gizlətməyə ehtiyac yoxdur. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik".
    PAYLAŞ:

    Oxşar xəbərlər