Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.
Leqal.az Report-a istinadən xəbər verir ki, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:
- ürək
- ağciyər (ürək-ağciyər kompleksi)
- böyrəklər
- qaraciyər
- mədəaltı vəz
- mədə
- bağırsaqlar
- uşaqlıq
- yuxarı və aşağı ətraflar
- sümüklər
- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri
- sümük iliyi
- gözün buynuz qişası
- kök hüceyrələri
Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.
Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.