“Bakı-Sumqayıt” şosesində tıxac problemi aradan qaldırılacaq, paytaxtın yeni giriş-çıxış yolu yaradılacaq

“Bakı-Sumqayıt” şosesində tıxac problemi aradan qaldırılacaq, paytaxtın yeni giriş-çıxış yolu yaradılacaq
  • Cəmiyyət / Maraqlı

  • “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.

    Leqal.az xəbər verir ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

    Qeyd edilib ki, xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni həlqəvi yolların yaradılması planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər