Portağal pəhrizi ilə həm arıqlayın, həm də sağlam qalın

Portağal pəhrizi ilə həm arıqlayın, həm də sağlam qalın
  • Cəmiyyət

  • Pəhriz saxlayarkən ən arzuolunan qida şirniyyatdır. Orqanizmə qida daxil olmayanda, qanda olan serotonin hormonunun miqdarı enir və insan özünü pis hiss etməyə başlayır. Əgər qarşınıza arıqlamaq məqsədini qoymusunuzsa, o zaman 3 həftəlik portağal pəhrizini sınayın.

    Leqal.az xarici mətbuata istinadən portağal pəhrizini təqdim edir:

    Pəhrizin məqsədi:

    • Orqanizmi artıq piylərdən azad etmək
    • Orqanizmi şlaklardan və toksinlərdən təmizləmək
    • İmmuniteti yüksəltmək
    • Sellüliti yox etmək
    • Bədəni mineral və vitaminlərlə zənginləşdirmək
    • Şirniyyata olan meyilliyi azaltmaq

    Pəhrizin qaydası:

    I həftə
    • Hər gün 1 kq. portağal yemək lazımdır
    • Rasiona 2 ədəd soyutma yumurta
    • 2 stəkan yoqurt
    • 2 litr qazsız mineral su əlavə et.

    II həftə
    • Yuxarıdakı rasion dəyişmir.
    • Bu rasiona duzsuz qarabaşaq sıyığı əlavə olunur.

    III həftə
    • Hər şey olduğu kimi qalır.
    • Ancaq 2 stəkan yoqurt qatıqla əvəz olunur.
    • Menyuya meyvə və buxarda bişmiş tərəvəzlər daxil edilir.

    İstənilən qədər çay, kofe və təbii şirələr içmək olar. Şəkər əvəzinə isə şəkərəvəzləyicisindən istifadə etmək lazımdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər