Araşdırmalar göstərib ki, qızılca zamanda orqanizmdə A vitamini kəskin düşür. Hiporetinemiya, yəni qanda retinol səviyyəsinin azalması baş verir. Hətta yaxşı qidalanan amma qızılca xəstəliyi keçirən uşaqda A vitamini kəskin enmiş olur, nəinki qızılca keçirməyən və pis qidalanan uşaqlarda.Əgər uşaqda vitamin A yetərli deyilsə və qızılca səbəbilə də bu depo bir az da azalırsa, ağırlaşmalar riski artır. Çünki bildiyimiz kimi, A vitamini epitelial örtüklərin tamlığını qoruyur. Qızılcada isə bu örtüklər zədələnir.
Leqal.az Medicina.az-a istinadən xəbər verir ki, pediatr Aytən İsmayılzadə qızılca zamanı yüksəkdozalı A vitamininin vacibliyini açıqlayıb.
"Dəridə gördüyünüz səpkilərdən hər yerdə olur, gözdə, daxili orqanlarda və s. Yəni virus təsiri ilə baryerlər zədələnir, sətəlcəm inkişaf edir, beyin toxuması da prosesə qoşula bilir.
Vitamin A da çatmazsa, bu hadisənin daha pis şəkildə baş vermə ehtimalı var. Ümumdünya Səhiyyə təşkilatı xüsusilə vitamin A azlığı yaşanan regionlarda onun yüksək dozada verilməsini təklif etdi.
Qızılca zamanı Vitamin A yüksək dozada birdefelik olaraq verilir. Birdəfəlik yəni bir gün, bircə dəfə...
Günlərlə verilmir.
6 aydan kiçik uşaqlara 50000 BV
6-12 ay 100 000 BV
Bir yaşdan yuxarı 200 000 BV
Vitamin A yüksək dozada uzun muddət istifadə edilməməlidir. Onun da toksiki təsiri ola bilər
Vitamin A qızılcanı önləmək üçün deyil. Önləmək üçün ancaq peyvənd lazımdır".