Bu gün Ağdamda minaya düşən ANAMA əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.
Leqal.az xəbər verir ki, ona tibbi yardım göstərilib.
Yaxınlarının sözlərinə görə, Z.Mahmudov daha sonra Bakı şəhərinə gətiriləcək.
Sol ayağının dabanından xəsarət alan ANAMA əməkdaşının huşu yerindədir.
Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.