Əfsanələri həqiqətə çevirən liderin hər ad günündən açılan yeni üfüqlər

Əfsanələri həqiqətə çevirən liderin hər ad günündən açılan yeni üfüqlər
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan xalqı bu gün çoxəsrlik tarixi inkişaf yolumuzda özünün ən şərəfli və əfsanəvi dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev əfsanələri real tarixə çevirməyi bacarmışdır. Azərbaycan Respublikası həm ölkə daxilində və həm də beynəlxalq aləmdə heç vaxt indiki qədər güclü olmamışdır.

    Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük uğurla rəhbərlik etdiyi möhtəşəm 20 il əsrlərə bərabər mühüm tarixi mərhələdir. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazandığı böyük Zəfər çoxərslik Azərbaycan tarixinin təkrarı olmayan nadir hadisəsidir. Müstəqil ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam və qəti şəkildə təsdiq olunması Prezident İlham Əliyevin fəth etdiyi əlçatmaz uca zirvədir. Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində hərbi paradın keçirilməsi Heydər Əliyev – İlham Əliyev ideallarının möhtəşəm təntənəsidir. Xankəndi stadionunda Azərbaycan idmançılarının keçirdiyi futbol yarışında Prezident İlham Əliyevin topa vurduğu zərbə Azərbaycan xalqının və müstəqil dövlətimizin daha parlaq gələcəyinin paroludur və eyni zamanda düşmənə endirilmiş ağır zərbədir.

    Xalqımızın bütün təbəqələri kimi Azərbaycanın elmi ictimaiyyəti, Milli Elmlər Akademiyasının çoxminli kollektivi də ürəkdən inanır ki, müstəqil dövlətimiz xalqımızın lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha böyük uğurlara imza atacaqdır. Azərbaycan alimləri hazırkı məsuliyyətli və şərəfli mərhələdə də Prezident İlham Əliyevin xarici və daxili siyasətini ürəkdən dəstəkləyir və ölkəmizdə cənab Prezidentin qətiyyətlə irəliyə doğru atdığı addımların böyük magistral yollara çevrilməsinə xidmət göstərməyi özlərinə şərəfli borc hesab edirlər. Hər bir Azərbaycan vətəndaşı kimi elm adamları da xalqımıza hazırkı dövrün misilsiz iftixar mənbəyi olan tarixi hadisələrindən doğan qeyri-adi günləri yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borclu və minnətdardırlar.

    Müasir tarixi epoxanın qüdrətli Lideri, xalqımızın böyük oğlu, Prezident İlham Əliyevin hər ad günü ölkəmizin inkişafının daha parlaq bir səhifəsi və yeni xoşbəxt sabahlara açılan geniş üfüqlərdir.

    Möhtərəm Prezidentimizi xalqımız üçün əlamətdar olan bu gündə ürəkdən təbrik edir, dövlətimizin rəhbərinə möhkəm cansağlığı və apardığı qətiyyətli mübarizədə yeni-yeni qələbələr arzulayırıq.

    Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından


    İsa Həbibbəyli
    AMEA-nın prezidenti, akademik
    PAYLAŞ:

    Oxşar xəbərlər