Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!

Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!
  • Cəmiyyət

  • 21 dekabr 2023 -cü il tarixində yaddaşlarımıza həkk olunacaq mühüm tarixi hadisə baş verdi.Tarixi torpağımız Xankəndində 30 ildən sonra futbol matçı keçrildi . Prezidentimiz İlham Əliyevin, vitse-prezidentimiz Mehriban Əliyevanın,şəhid ailələrinin , övladlarının , azarkeşlərin iştirakı ilə Ağdamın ,,Qarabağ " və Bakının,, MOİK " komandaları arasında keçirilən oyun Xankəndi stadionunda prezident İlham Əliyevin çıxışı ilə başladı.
                 
    Bu tarixi hadisə Azərbaycan xalqı üçün böyük məna kəsb edir.Xankəndi - qədim Azərbaycan diyarıdır.İgid oğullarımızın qəhrəmanlığı, şücaəti , prezidentimizin uzaqgörən siyasəti nəticəsində biz torpaqlarımızın bütövlüyünü təmin etdik. Tarixin gerçəkliyini özünə qaytardıq.Ulu babalarımız tərəfindən əsası qoyulmuş Xankəndimizdə qəhrəman şəhidlərimizin övladları ilə birgə futbol matçını seyr edən prezident İlham Əliyev sübut etdi ki, Qarabağ bizim tarixi keçmişimiz ,əzəli , doğma yurdumuzdur.Ermənistana bir daha göstərdik ki, Qarabagımizi ancaq Azərbaycan xalqının övladları sahiblənə bilər .     
               
    Təxminən, üç ay bundan əvvəl Antiterror əməliyyatı nəticəsində Azərbaycan respublikası öz ərazi bütövlüyünü bərpa etdi, düşmənin əsarətində qalan Xankəndi, Xocalı,Əsgəran, Xocavənd,Ağdərə regionunu dövlətimizin nəzarətinə keçdi.Qürurverici haldır ki,bu gün bütün Qarabag torpağında üçrəngli bayrağımız dalgalanır. Bu bizim fəxrimizdir.Zaman ötsə,illər keçsə də bütün Azərbaycan xalqı - türkləri bu şanlı Zəfərlə həmişə qürur duyacaqlar. Qarabag ərazisi prezident İlham Əliyevin hər zaman diqqətindədir. işgaldan azad olunmuş ərazilərimizdə abadlıq quruculuq işləri həyata keçirilir.,, Böyük qayıdış " layihəsi ilə əhali Qarabağa köçrülür, yeni yaradılmış yaşayış məntəqələri vətəndaşların istifadəsinə verilir . Böyük qayıdışın ilk addımı Zəngilan rayonu Ağalı kəndinə 60 dan çox ailənin köçürülməsi ilə başladı.
               
    Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
                 
    Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

    İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.
           
    Torpaqlarımız minalardan təmizlənir ,hava limanları, yaşayış evləri, stadionlar, körpülər,yollar salınır, infrastruktur yenilənir.Onlardan biri də Xankəndi stadionudur ki,cəmi 2 ay ərzində təmir edilmişdir.Novbəti stadion Ağdam şəhərində qurulur .
    Bu gün Azərbaycan qalib , zəfər dolu,gələcəyə ümidlə baxan dövlətdir.Qalib xalqın qalib ordusu və qalib vətəndaşı olar.Bizə bu qalibiyyəti yaşadan müzəffər ordumuza ,ali baş komandanı mıza , şəhidlərimizə borcluyuq.
               
    Zəfər günümüzün üçüncü ildönümündə Xankəndində,, Zəfər paradı " keçrilmişdir.
    Düz 4 il bundan qabaq ermənilər Xankəndindən bizə nota göndərirdi . Lakin tarixi gerçəklik sübut etdi ki, onların notalarının , fikirlərinin heç bir əsası yoxdur. Biz bir xalq olaraq dəmir yumruq kimi birləşib torpaqlarımızı mənfur düşmənin tapdagından azad etdik .Qarabağda dalğalanan üçrəngli bayrağımıza  baxdıqca fikirləşirik ki, bu bayraq ana yurdumuzda əbədi dalğalanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
                    
           
                       
    Natiq  Fərəcov,
    Masallı rayon Həsənli kənd sakini

    PAYLAŞ:

    Oxşar xəbərlər