Prezident və birinci xanım Şuşakənd kəndinə baxış keçiriblər

Prezident və birinci xanım Şuşakənd kəndinə baxış keçiriblər
  • Cəmiyyət / Maraqlı

  • Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.

    Leqal.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

    Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

    Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

    Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər