Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb.
    Müxbir: Salam, cənab Prezident.
    Prezident İlham Əliyev: Salam.

    Müxbir: Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar. Bu güclü inkişaf sanksiyalar altında olan Rusiyadan miqrasiya və oradan daxil olan pul vəsaitləri ilə əlaqələndirilir. Bundan əlavə, regional idxal və ixrac sahəsində də artım müşahidə edilib, o cümlədən Çin ilə biznes əlaqələri var. 2024-cü ildə də həmin müsbət tendensiyanın davam edəcəyi gözlənilir. Bu inkişaf sizin ölkəniz üçün nə deməkdir?
    Müxbir: İnkişaf və investisiya üçün gələcəkdə hansı sahələri görürsünüz?
    Prezident İlham Əliyev: Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, Günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

    Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpa olunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş Günəş elektrik stansiyasının açılışını etdik. Növbəti beş-altı ildə isə biz 10 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq.
    Müxbir: Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq?
    Prezident İlham Əliyev: Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız, görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız, görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanırlar.

    Müxbir: SPECA Proqramı iştirakçı ölkələrin iqtisadiyyatları üçün nə dərəcədə əhəmiyyətlidir?
    Prezident İlham Əliyev: Bu gün SPECA Proqramı öz 25 illik yubileyini qeyd edir və mən Mərkəzi Asiyadan olan həmkarlarımıza bizim Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiklərinə görə, - hansı ki SPECA Proqramının tarixində ilk Zirvə görüşüdür, - minnətdaram. Əslində, bu proqram Mərkəzi Asiya və Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqəyə əsaslanır və bu gün biz bu qarşılıqlı əlaqənin yeni dinamikasının şahidi oluruq. İqtisadi göstəricilərə, ikitərəfli səfərlərin dinamikasına nəzər salsanız, görərsiniz ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Beləliklə, bu, yeni reallıqdır və biz bundan faydalanmalıyıq.
    Beləliklə, bu, beynəlxalq norma və standartlara əsasən, hüquqi bir prosesdir. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmayıb. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər.

    Müxbir: Çox təşəkkür edirəm, cənab Prezident.

    Prezident İlham Əliyev: Təşəkkürlər.


    Paşayev Teymur 
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı
       


    PAYLAŞ:

    Oxşar xəbərlər