Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır
  • Cəmiyyət

  • Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Prezident İlham Əliyev qonaqları salamlayıb və rektor Hafiz Paşayevə dəvətə görə təşəkkürünü bildirdi.  Prezident qeyd etdi ki, bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram. 

    Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.
             
    Prezident İlham Əliyev: İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı prosedurları nəzərdə tuturam. Məlumdur ki, hüquqi proseslər kifayət qədər vaxt aparır. Amma təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Sentyabrda işğaldan azad edilmiş ərazidə ekoloji ziyanın həcminin böyük olacağını gözləmirəm, çünki həmin ərazidə əsasən erməni əhalisi yaşayırdı. Onlar əsasən azərbaycanlı əhalinin yaşadığı ərazilərə ziyan vurublar, xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqimizə əsaslanan təhlil də göstərir. Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu, həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir. İşğaldan yenicə azad edilmiş ərazilərdə biz əsas diqqəti mülkiyyətin düzgün qiymətləndirilməsinə, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktların araşdırılmasına yönəltmişik. Oradakı zavodların sahibləri yalnız yerli separatçı liderlər deyil, habelə müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri idilər. Onlar məsuliyyətə cəlb olunmalıdırlar. Prosesin uzanacağını başa düşürük, lakin, eyni zamanda, onları təqib etməyə davam edirik.
             
    Bəzən insan sadəcə sakitlik istəyir, bəzən səs küy, bəzən rahatlıq... Lakin hər kəsin ən böyük istəyi sevdiklərinin yanında  sağ salamat olmasıdır. Bu gün elə bir dünyada yaşayırıq ki, ölüm bizə nəfəsimizdən də yaxın olduğun hər düşən yarpaqda xatırladır. Ən acısı isə heç tanımadan, heç görmədən canımızdan can qoparan igidlərimizi itirmək qorxusudur. 
     
    Mən bir Azərbaycanlı olaraq hər bir igidimlə qurur duyuram, hər bir şəhidimlə fəxr edirəm. Amma ən böyük duam: Rəbbim heç bir ananı, sevgilini, körpəni sevdiyindən ayrı salmasın. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Məqamınız yüksəkdir mənim igid qardaşlarım. 



    Kərimova Əfsanə,
    Masallı Gənclər Evi

    PAYLAŞ:

    Oxşar xəbərlər