Ayılar restorana hücum etdi

Ayılar restorana hücum etdi
  • Cəmiyyət

  • Qış yuxusuna gedə bilməyən ayılar Uludağda (Türkiyə) yerləşən turizm məkanlarından birinə hücum edib.

    Meşədə yemək tapa bilməyən heyvanlar  Sarıalan kəndinə gələrək yemək axtarmağa başlayıblar. 

    Bunu görən sakinlər heyvanların hərəkətlərini lentə alıblar. Ayılardan biri onların videosunu çəkən adamlara hücum edib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Ərazidəki restoran sahibləri ayılara yemək veriblər. 

    Qeyd edək ki, adətən, yeddi aya qədər qış yuxusuna gedən ayılar bu dəfə hansısa səbəblər üzündən yat­mağı “unudublar”./Lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər