Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

    Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər