Ötən həftə Azərbaycana səfər edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bir çox görüş keçirib, Bakı ilə yanaşı Qarabağa da baş çəkib.
Leqal.az xəbər verir ki, diplomat öz səfərini Feysbuk səhifəsində geniş işıqlandırıb, çox sayda foto paylaşıb. 2 fotoda və 1 videoda isə onu müşayiət edən yol polisi avtomobilləri yer alır. Fotolardan birində bort nömrəsi 411 olan DYP avtomobili kadra düşüb.
Həmin fotolardan ən maraqlısı Cəbrayıl rayonunda çəkilib. Sözügedən fotoda Yol Patrul Xidməti Alayının Xüsusi Tağımının YPX inspektoru polis baş serjantı Aslanov Nuran Süleyman oğlu 99-YP-731 nömrəli xidməti avtomabillə Siyartonu salamlayır.
Macar nazir bu fotolara hansısa annotasiya yazmasa da biz bir məsələni ayırd edə bildik. Peter Siyarto heç bir xarici səfərində bu qədər əhatəli foto çəkdirməyib. Ən əsası isə, bu gün Qarabağ azad olmaqla yanaşı Azərbaycanı özünə dost sayanların üzünə açıqdır.