Böyük zəfər

Böyük  zəfər
  • Cəmiyyət

  • Məlum həqiqətdir ki, 8 Noyabr 2023-cü il tarixdə Xandəndində Azərbaycanda İkinci Qarabağ müharibəsinin sona çatması ilə bağlı Zəfər Günü qeyd olunub, ürəyimiz riqqətə gəlib, sonsuz arzularımız çin olub. Bizə dost ölkələr sevinib, bizə düşmən olan ölkələr xar olub. Bəli, Xankəndi şəhərində hərbi parad keçirilib,  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, oğlanları paradda iştirak ediblər. Cənab İlham Əliyev söyləyib ki, üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

    Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.

    Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.

    Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

    Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər.

    İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi.

    Bəli, 44 günlük Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı. Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də son 200 ildə qondarma “Artsax” layihəsini mifik “yaradılış”ın yaradılması üçün ilkin şərt kimi bəsləyən dünya ermənilərinin “dənizdən dənizə böyük Ermənistan” layihəsini dənizdə batırdı. Eyni zamanda, Azərbaycanın Qələbəsi müasir tarixdə epoxal əhəmiyyətlidir. Çünki 30 illik münaqişənin silah gücü ilə həlli praktikasında ilk dəfə erməni təxribatına cavab olaraq Azərbaycan “Dəmir yumruq” əməliyyatını həyata keçirdi. Əks-hücumla Azərbaycan Ordusu düşməni düz çökdürdü, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən dörd qətnaməsinin tələblərini yerinə yetirmək missiyasını öz üzərinə götürərək beynəlxalq hüququ pozan Ermənistanı cəzalandırdı.

    Ancaq müharibənin Ermənistanın tam məğlubiyyəti ilə başa çatmasına baxmayaraq, işğalçı ölkənin tərəfdarları Xankəndidə yuva salmış quldur rejimin qalıqlarının qorunub saxlanması üçün canfəşanlıq göstərməyə başladılar. Bu məkrli planı çəkənlər rəsmi Bakıya qarşı açıq-aşkar güclü siyasi təzyiqə əl atmaqdan da çəkinmədilər. Lakin heç bir siyasi manipulyasiyalara yol verməyəcəyini vurğulayan Azərbaycan ərazi bütövlüyünün bərpasına mane olacaq istənilən cəhdin qarşısını alacağını çəkinmədən dünyaya bəyan etdi. Belə də oldu, Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olduğunu və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadığını, əksinə, mina terroru həyata keçirdiyini, habelə digər təxribatçı fəaliyyət göstərdiyini diqqətə alan Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi. Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi. Geniş mənada bu, 200 il əvvəl Rusiya imperiyası ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində regionda əsası qoyulmuş “erməni layihəsi”nin bir hissəsinin başa çatması deməkdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndində, Böyük Zəfər paradında bir daha qeyd edib ki, mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın.

    Bəli, məğrur Ali Baş Komandanımızın Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu bəxş etdi. Biz xalqımıza belə Prezident arzulamışdıq, Allah bizə həmin  şəxsi bəxş edib. Azərbaycan lideri İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi  həyata keçirdiyi milli siyasət gələcək qələbələrin təminatıdır.



    Emil Cahangirov,
    YAP Masallı Rayon Təşkilatı Masallı Poçt filialının təşkilat sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər