Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın gücü

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın gücü
  • Cəmiyyət

  • Müstəqil Azərbaycan dövləti 30 il idi ki,Ermənistanın işğalçılıq siyasətinin qurbanı idi. Ərazisinin 20 faizi işğal altında olan ölkəmiz bütün bu illər ərzində saysız hesabsız təxribatlara məruz qalmışdı. Günü-gündən azğınlaşan erməni hərbi birləşmələri hər gün atəşkəsi pozurdu. Dünyada özlərini haqq, ədalətin elçiləri kimi göstərməyə çalışan beynəlxalq təşkilatlar isə hər zaman ölkəmizə qarşı ikili standartlarla yanaşaraq bu işğalçılığa dəstək olumaqla məşğul idilər. Hər zaman terrorçuluq və qonşu ölkələrə qarşı ərazi iddiları ilə işğalçılıq siyasəti həyata keçirən Ermənistan rəhbərliyi nəinki hər hansısa əraziləri qaytamağı düşünür, əksinə yeni əraziləri işğal etmək arzusunu belə gizlətməkdən çəkinmirdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük müharibədə hər gün yeni uğurlar əldə edilirdi.Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti noyabr ayının 10-da Üçtərəfli Bəyanata imza atmaqla təslim oldu.
                       
    2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi.Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.
                 
    2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Tarixi Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı.Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi sayəsində tarixi Qələbə qazandıq. İllər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq ,şanlı səhifəsi kimi daim yad edəcək və heç vaxt unutmayacaq. Azad edilmiş ərazilərə səfərləri ilə Möhtərəm Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Bu il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 24 saatlı antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub.

    Bu şanlı  qələbəni, zəfəri bizlərə yaşadan  Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, apardığı uğurlu siyasəti, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 
     Şanlı Qələbəni bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir,Müzəffər ordumuzun bütün əsgərlərini Allah qorusun deyirəm.

     

    Əntiqə Tağıyeva,
    Masallı Tarix –Diyarşünaslıq Muzeyinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər