ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib

ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib
  • Cəmiyyət / Maraqlı

  • Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr - Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurumun dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

    Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki mina probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi şüar və çağırışlar nümayiş etdirilib.
    Aksiya ilə maraqlanan şəhər sakinlərinə Azərbaycan barədə əlavə məlumat verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər