Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan dövlətinin uğurları – Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işləri münasibəti ilə Qazaxıstan rəhbərliyini təbrik etmişdir.
    \
    2009-cu ildə Naxçıvan zirvə görüşündən keçən müddət ərzində TDT böyük nüfuza malik olmasını bildirdi.
    Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir.
    Münaibətlərimizin təməlini etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz təşkil edir.

    Şuşa şəhərində 1-ci Türk Dünyası Forumunun təşkil edilməsi və 2023-cü il üçün ,Şuşa şəhərinin Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsinə verilən dəstəyə görə təşəkkür etmişdir.

    Azərbaycan Türk dövlətləri ilə ticarət dövriyyəsi 40% artmış Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb.

    Mərkəzi Asiya ölkələri ilə Türkiyyə və Avropa bazarları arasında tranzit ölkə kimi özünü təsdiqləyən Azərbaycan nəqliyyat və loqistika sahələrinə öz dəyərli töhfələrini verib.

    2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri ikinci Qarabağ müharibəsini qaçılmaz etdi. 44 günlük vətən müharibəsində Azərbaycanı BMT nümayəndəsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradıb, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 44 gün ərzində davam edən ikinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktının imzalaması ilə nəticələnmişdir.

    Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və fəsadlı idi. İşğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partladılması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

    Böyük Qayıdış Proqramı – vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Fizuli şəhərində inşası başa çatmış məktəb Özbəkistan-Azərbaycan, Fizuli şəhərində inşa edilən yaradıcılıq mərkəzi isə Qazaxıstan-Azərbaycan xalqları arasında olan dostluğun və qardaşlığın təzahüzüdür.



    Afaq Həsənova Nizami qızı
    Bədəlan kənd tam orta məktəbinin 
    Azərbaycan dili və Ədəbiyyat müəlliməsi

    PAYLAŞ:

    Oxşar xəbərlər