Şanlı tariximizin ən böyük hadisələrindən biri olan- 8 noyabr

Şanlı tariximizin ən böyük hadisələrindən biri olan- 8 noyabr
  • Cəmiyyət

  • Vətəni sevmək, onu qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur. Bu gün bütün dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahididir. Əsgərlərimiz sentyabrın 27-dən başlayan döyüşlərdə nümayiş etdirdiyi igidlik sayəsində torpaqlarımız azad edilib. Məhz Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancıb, xalqımıza tarixi qələbə sevinci bəxş edib.
         
    Bu döyüşlərdə qazanılan uğurlar kiçik bir dövrün uğurları kimi dəyərləndirilməməlidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, ordu sahəsində də böyük dəyişikliklərin başlanğıcı qoyuldu. Ölkəmizdə nizami ordu quruculuğu istiqamətində əməli addımlar atıldı.  Ali  Baş  Komandamız  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  düşmənin  mövqelərini  darmadağın  edərək,  addım – addım  irəliləyən  ordumuz   30  ilə  yaxın  işğal  altında  olan  torpaqlarımızı   düşmən  tapdağından  azad  etməyə  nail  oldu.
         
    Silahlı Qüvvələrin döyüş hazırlığı yüksək səviyyəyə çatdırıldı, Ordumuz müasir hərbi texnika ilə təchiz edildi. Bununla yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusu hazırlandı. Ən önəmli addımlardan biri isə Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasıdır. Bu gün döyüş meydanında düşməni darmadağın edən, güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusunu formalaşdırdı. Peşəkar Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır ki, bu da birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir.
         
    2016-cı ilin aprelində olduğu kimi,  vətən müharibəsində də dünyanı qazanılan qələbə qədər ordu ilə xalqın möhtəşəm birliyi də heyrətləndirdi. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan əsgərinin qüdrəti həm istifadəsində olan müasir silahlarla, həm əsgərlərin bu silahların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəməsiylə, həm də Vətən sevgisiylə bağlıdı. Yəni, Azərbaycan əsgərinin düşmənə tuşlanan silahlarından biri də Vətən sevgisidir və bu sevginin qüdrətinə zaval yoxdu.
         
    44 gün davam edən döyüşlər də Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpa etmək əzmində və qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Düşmənin illərdin qurduğu müdafiə səddini darmadağın edən Ordumuz  torpaqlarımızı işğalçılardan təmizləyib və xalqımızın ədalətli mübarizəsini davam etdirdi.
         
    Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar.
       
    Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq.



    Elmir Əliyev,
    YAP Masallı rayon təşkilatı Ərkivan qəsəbə ərazi partiya təşkilatının sədr müavini
       

    PAYLAŞ:

    Oxşar xəbərlər