Azərbaycan Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib

Azərbaycan Türkiyə, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib
  • Cəmiyyət / Maraqlı

  • "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

    Bu barədə Leqal.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    "Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

    Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər